Bazar , Yanvar 24 2021
Home / Cəmiyyət / “Naxçıvan” Universitetinin kollektivi Milli Dəyərlər Muzeyində olublar -FOTO

“Naxçıvan” Universitetinin kollektivi Milli Dəyərlər Muzeyində olublar -FOTO

Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində  yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.

Universitetin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, bildirilib ki, Milli Dəyərlər Muzeyi 2019-cu il sentyabrın 23-də  istifadəyə verilib.Muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı , Gerbi  və Dövlət Himninin  mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.

Həmçinin oxuyun

Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların …