Cümə , İyul 10 2020
Home / Cəmiyyət / “Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib

“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib

Hər zaman təhsil səviyyəsinin yüksəkliyi ilə seçilən “Naxçıvan” Universitetində  2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulmuşdur.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, bakalavr səviyyəsində kadr  hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili),Beynəlxalq münasibətlər, Dinşünaslıq, Filologiya (alman dili və ədəbiyyatı), İqtisadiyyat, Mühasibat, Maliyyə, Turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən universitetdə  Beynəlxalq ticarət və logistika, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tərcümə (ingilis dili), Riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq.

Magistratura səviyyəsində qəbul aparılan  Azərbaycan dili və ədəbiyyatının  tədrisi metodikası və metodologiyası, Xarici dilin tədrisi metodikası və metodologiyası, Riyaziyyat fənninin  tədrisi metodikası və metodologiyası, Coğrafiya  fənninin tədrisi metodikası və metodologiyası, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları  ilə yanaşı, bu ildən İqtisadiyyatın tənzimlənməsi,Bank işi, İslamşünaslıq, Dinin fəlsəfəsi, Dilşünaslıq (ingilis dili)  ixtisasları da qəbul planına əlavə edilib.

Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan  mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.

Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Həmçinin oxuyun

Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyyatdan keçməyən namizədlər üçün iyulun 10-dan 13-dək …