Cümə , İyul 3 2020
Home / Cəmiyyət / Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib-FOTO

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib-FOTO

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları-biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və aparıcı elmi işçi Samir Quliyev muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparırlar.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsindən MediAktiv.az-a verilən məlumata görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında Soyuq dağ ərazisində ötən il quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə dünyaya gəlmiş iki bəbir balası qeydə alınıb. Bu günlərdə əməkdaşlar tərəfindən ərazidə keçirilən monitorinq zamanı həmin bəbir balalarının yeni görüntüsü əldə edilib.

İsmayıl Məmmədovun sözlərinə görə, həmin körpə bəbir balaları artıq böyüyüb və müstəqil həyata başlamağa hazırdırlar.

Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyilə muxtar respublika ərazisində quraşdırılan xüsusi qurğularla heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də videogörüntüləri əldə edilir.

Qafqaz bəbiri də bütün dünyada qorunma statusuna malikdir və bu növün çox az sayda fərdləri vardır.

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib-FOTO
Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib-FOTO

Həmçinin oxuyun

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan …