Bazar , İyun 7 2020
Home / Cəmiyyət / Naxçıvanda koronavirus yoxdur – Rəsmi açıqlama

Naxçıvanda koronavirus yoxdur – Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb. MediAktiv.az xəbər verir ki,bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki  təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir labaratoriya qurulub ki, həmin labaratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz  qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn marketdə fəaliyyətə başlayıb. Və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır”.

“Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb.  Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”,-deyə səhiyyə naziri bildirib.

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …