Çərşənbə , Noyabr 20 2019
Home / Cəmiyyət / Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edilib

Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edilib

Dövlət ümumi təhsil müəssisələrinin savadlı, zəruri bilik və bacarıqlara, eləcə də peşə hazırlığına malik kadrlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı kimi 6 noyabr 2019-cu il tarixdə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün yeni müsabiqə elan edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqəyə 229 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (55 yer), Ordubad rayonu (49 yer), Şahbuz rayonu (37 yer), Babək rayonu (24 yer) üzrədir. Vakant vəzifələr sırasında Coğrafiya (44 yer), İngilis dili (29 yer), İbtidai sinif müəllimliyi (22 yer), Biologiya (21 yer) və Kimya (21 yer) ixtisasları üstünlük təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 6 noyabr-6 dekabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında ([url=http://]www.dqmk.nmr.az[/url]) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almaqla bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələ bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.

Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Həmçinin oxuyun

Azərbaycanda həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlanır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır. Bu barədə …