Cümə , Aprel 23 2021
Home / Cəmiyyət / Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib-FOTO

Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib-FOTO

Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən MEDIAKTIV.AZ-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, gənclərin Vətən müharibəsi haqqında daha çox məlumat əldə etməsi, gənclərin müharibə iştirakçılarını daha yaxından tanımalarına şəraitin yaradılmasdır.

Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva açaraq qeyd edib ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi qələbəmizdir. Bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. Xalqımız üçün mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşanın azad olunması özlüyündə ordumuzun, əsgərlərimizin qəhrəmanlığının və Vətənə olan bağlılığının ən böyük sübutudur.

Görüş zamanı Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov, gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunub. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar.

Qeyd edək ki, görüşdə 30 nəfər könüllü gənc iştirak edib.

Sonda hərbiçilər gənclərin suallarını cavablandırıblar.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …