Cümə , İyun 5 2020
Home / Cəmiyyət / Naxçıvanda virus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir-FOTO

Naxçıvanda virus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir-FOTO

Muxtar respublikada sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində kompleks profilaktik tədbirlər həyata keçirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən MediAktiv.az-a verilən məlumata verilən məlumata görə, bu məqsədlə bütün tibb müəssisələrinin gücləndirilmiş iş rejimində çalışmaları təmin edilib. Tibb personalının birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmə və digər fərdi mühafizə vasitələrinin, həmçinin dərman preparatlarının, dezinfeksiyaedici maddələrin ehtiyatı yaradılıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatlarının həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir. İlk növbədə, əhalinin sıx məskunlaşdığı yerlərdə, xüsusən Naxçıvan şəhər avtovağzalında, dəmir yolu vağzalında, ticarət mərkəzlərində, topdansatış bazalarında, dövlət və özəl tibb müəssisələrində dezinfeksiya işləri mütəmadi xarakter alıb. Sərnişin daşıyan avtobuslar, avtobus dayanacaqları gündəlik dərmanlanır. Məscidlər və mərasim evlərində də bu tədbirlər icra olunur. Bərbərxana və gözəllik salonları, iaşə obyektləri, bank və bankomatlar, yaşayış binalarının zirzəmiləri, girişləri xloramin, xlorlu əhəng və bromosetlə dezinfeksiya edilib. Ərzaq mağazalarının qapı dəstəkləri xloranin məhlulu ilə isladılmış tənziflərlə sarınıb. İstehsal sahələrinin əksəriyyəti bu tədbirlərlə əhatə olunub. Məişət tullantıları daşıyan avtomaşınlar, tullantı qutularının gündəlik dərmanlanması nəzarətdə saxlanılır.

Məktəblər və uşaq baxçaları 2 dəfə dərmanlanaraq bağlanıb. Nazirlik, komitə, icra hakimiyyətləri, agentlik, xidmət, fond və şirkətlər, mərkəzi təşkilatlar, digər idarə və müəssisələrin yerləşdikləri binalarda bir, bəzilərində isə iki dəfə dezinfeksiya işləri aparılıb.

Naxçıvanda virus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir-FOTO
Naxçıvanda virus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir-FOTO
Naxçıvanda virus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir-FOTO

Həmçinin oxuyun

Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam edir

Muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn …