Cümə , İyun 5 2020
Home / Cəmiyyət / Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO

Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

MediAktiv.az xəbər verir ki, məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlamışlar. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən evlərə sifarişlər əsasında kitabların çatdırılması xidmətinə start verilmişdır. Qeyd edilmiş kitabxanaların rəsmi sosial şəbəkə səhifələrində göstərilmiş əlaqə telefonlarına zəng vurmaqla oxucunun istəyinə müvafiq kitablar ünvanına çatdırılır. Həmçinin, oxucular M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının http://e-kitab.nakhchivan.az vebsaytına daxil olmaqla elektron kitabxanadan yararlana bilərlər.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri ənənəvi “Nağıl Gün”lərinin onlayn təqdimatına başlamış, kitabxanasının əməkdaşları tərəfindən nağılların oxunması və cizgi filmlərinin nümayişi sosial şəbəkə hesablarında paylaşılır (Məsələn: İnstaqram səhifəsi: nmr_usaq_kitabxanasi)

“Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablar haqqında audio təqdimatlar və məlumatlar hazırlanaraq paylaşılır.

Muxtar respublikada fəaliyyət göstərən muzeylərdən onlayn qısa virtual ekskursiyaların hazırlanaraq Nazirliyin saytında və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisələrin sosial şəbəkə hesablarında paylaşılması da davam edir. (Məsələn: Facebook səhifəsi: Xalça Muzeyi, İnstaqram səhifəsi: mirzajalil_museum) Həmçinin, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, əlamətdar və tarixi günlər, milli adət-ənənələr haqqında məlumatlar və video materiallara mədəniyyət müəssisələrinin sosial şəbəkələrində də rast gələ bilərsiniz. (Məsələn: İnstaqram səhifəsi: elmi_metodik_merkez)

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində onlayn dərslər davam edir.

İzləyicilər həmçinin Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konsertini aprelin 15-də  saat 12.00-da Naxçıvan televiziyasında və nazirliyin internet resurslarında canlı izləyə biləcəklər”.

Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO
Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO
Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO
Naxçıvanın Mədəniyyət və incəsənət müəssisələri onlayn xidmətə başlayıb-FOTO

Həmçinin oxuyun

Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam edir

Muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn …