Bazar , May 31 2020
Home / Cəmiyyət / Nazirlik: Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Nazirlik: Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. 

Nazirlikdən verilən məlumata görə, MediAktiv.az xəbər verir ki , hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.

Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.

Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Həmçinin oxuyun

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı …