Şənbə , Noyabr 21 2020
Home / Cəmiyyət / Ölkəmizdə koronavirusa ən az yoluxma Naxçıvan Muxtar Respublikasındadır

Ölkəmizdə koronavirusa ən az yoluxma Naxçıvan Muxtar Respublikasındadır

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

MediAktiv.az  koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,5 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 13,8, Aran rayonlarında 11,3, Gəncə-Qazax bölgəsində 7,2 Lənkəranda 4, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3,2, Dağlıq Şirvanda 1,9, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,06 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,7 faizdir.

Həmçinin oxuyun

Azərbaycanda 2735 nəfər COVID-19-a yoluxdu, 1374 nəfər sağaldı, 28 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq …