Cümə axşamı , İyul 2 2020
Home / Cəmiyyət / Operativ Qərargah: Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

Operativ Qərargah: Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

MediAktiv.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmçinin oxuyun

Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini …