Bazar , Fevral 23 2020
Home / Cəmiyyət / Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Cəbi Quliyev kimdir?

Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Cəbi Quliyev kimdir?

Yeni Azərbaycan Partiyasının 7 saylı Ordubad-Culfa seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Cəbi Quliyev kimdir?

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzaladıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən  xəbər verir ki, bu namizədlərdən biri də Yeni Azərbaycan Partiyasının 7 saylı Ordubad-Culfa seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Cəbi Quliyevdir. Bəs Cəbi Quliyev kimdir?
29 avqust 1990-cı ildə Şahbuz rayon indiki Ağbulaq kəndində anadan olan Cəbi Quliyev 2008-ci ildə orta təhsilini başa vurub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alan Cəbi Quliyevin ixtisası üzrə biliklərini elmi cəhətdən dərinləşdirmək istəyi 2013-2015-ci illərdə Naxçıvan Dövlət Universitetəndə beynəlxalq münasibətlər tarixi ixtisası üzrə magistr təhsili almasına səbəb olmuşdur. Magistr təhsili aldığı dövrdə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasında baş laborant vəzifəsində, 2015-ci ildən Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasında saat hesabı müəllim, 17.09.2017-ci ildən 19.09.2018-ci il tarixinə qədər eyni kafedrada 0.5 ştat müəllim vəzifəsində çalışıb. Hazırda saat hesabı müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir. Elmi-pedaqoji kadr hazırlığını yüksəltmək üçün 2018-ci ildən Naxçıvan Dövlət Universitetində dissertanturaya qəbul olub.
Pedaqoji fəaliyyəti ilə bərabər, eyni zamanda təşkilatçılıq qabiliyyətilə də diqqət çəkən Cəbi Quliyev 01.07.2014-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, 01.07.2014-cü ildən 06.09.2018-ci il tarixinə qədər isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında aparıcı təlimatçı və baş təlimatçı vəzifələrini icra edib. Hər zaman gənclərin əhatəsində olan Cəbi Quliyev təşkilatçılıq qabiliyyəti, gənclərə milli-mənəvi dəyərləri aşılamaq, onların dünyagörüşündə əhəmiyyətli rol oynaması baxımından diqqəti çəkmiş və 06.09.2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsindəki fəaliyyəti dövründə bir çox uğurlara imza atmış, müxtəlif beynəlxalq tədbirdə iştirak etmiş, muxtar respublika gənclərinin hərtərəfli inkişafı üçün müsbət bir mühitin yaradılamasında əvəzsiz rol oynamışdır.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …