Cümə axşamı , May 13 2021
Home / Cəmiyyət / Özünəməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir

Özünəməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Bu bахımdаn özünüməşğulluq proqramı sosial qayğıya ehtiyacı olan şəxslərin ailə təsərrüfatlarını qurmalarına, əmək potensialları çərçivəsində gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Həmçinin, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin icrası davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, MediAktiv.az xəbər verir ki , həyata keçirilən tədbirlərin davamı olaraq, yanvar ayının 30-da Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə görüş keçirilib. Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı,həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, fərdi ailə təsərrüflarını nümunəvi inkişaf etdirdiyinə görə iki nəfər haqqında həvəsləndirici tədbirlər görülüb.

Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …