Cümə , Sentyabr 18 2020
Home / Cəmiyyət / Qəbələdə yeni subartezian quyuları qazılacaq

Qəbələdə yeni subartezian quyuları qazılacaq

Qəbələ rayonunun əhalisi 14 880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaq. 

MediAktiv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən layihələndiril və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı da açıqlanıb:

Sıra№-siYaşayış məntəqələriQuyularınsayı, ədədƏhalininsayı, nəfər
       1.    Abrıx kəndi1781
       2.   Bayramkoxalı kəndi11310
       3.    Daşca kəndi1936
       4.     Hacıalılı kəndi11678
       5.  Mollaşıxalı kəndi1374
       6.  Siləyli kəndi1335
       7.    Sırt Yengicə kəndi1449
        8. Soltannuxa kəndi14925
        9.Uludaş kəndi11867
      10.Yenikənd kəndi12225
Cəmi1014 880

Həmçinin oxuyun

Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 22 km qərbdə Naxçıvan MR-in …