Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / QADINDAN ŞEİRƏ EROTİKA

QADINDAN ŞEİRƏ EROTİKA

Mənə görə şeirin başqa izahı,başqa anlamı başqa qanunları var.Əslində mən deyərdim ki,şeirin qanunsuzluqları var.Şeir o zaman möhtəşəm və inandırıcı olur ki ,müəllif gerçək olan heç bir duyğunun,yaşanmışların etirafından qaçınmasın. Əsrlər boyu kişi hegomonluğunun boy göstərdiyi şeir ,qadına yaraşdırılmayacaq qədər “KİŞİLƏŞDİRİLMİŞ”dir. “QADIN ŞEİR YAZA BİLMƏZ” fikrinin “ genləşmədirilməsindən”dir ki ,indi də qadın şeirlərində qadağalar axtarılmaqdadır.Təssüf ki,nə ədəbi mühit, nə də və cəmiyyət bu düşüncənin ötəsinə aşa bilmir. Danılmaz reallıqdır ki,ən güclü şeirlər qadınlara yazılıb.Bəs qadınlar?!Qadın dünyasının bilinməzliyi,müəmması,qayğıları,qorxuları,sabahları,ümidləri haraya sığdırıldı?!…Sözsüz ki,şeirlərə,misralara,romanlara…həm də kişilərdən daha artıq həssaslıq və duyarlılıqla. Dünya ədəbiyyatında iz qoyan çox qadının yaratdığı gözlənilməz və insanı aşan əsərlərin möhtəşəmliyi ədəbiyyatın südyolunu dəyişməklə qalmadı,qadın ədəbiyyatını yaratdı. Ədəbiyyat həyatın özüdü,insan duyğularının suya çəkildiyi çeşmədi.Bəşəriyyəti qadın və kişisiz təsvir etmək mümkünsüz olduğu kimi, ədəbiyyatı da qadın və kişisiz təsəvvür etmək imkansızdır.Bəşəriyyətin bir döldən başlayıb bir bətndə can tapdığı qədər möhtəşəm bir gərçəyin özüdür şeir. Kişi yazarların erotik tonlarla fonlaşdırdığı şeirlər,əsərlər həmişə qəbulolunan olub.Hətda qadın və kişi sevgisinə həsr olunmuş ilk şeirin müəllifi e.ə 7- ci əsrdə yaşamış MİMNER KOLOFONSKİDİR. A.PORROSKİnin,M.ALXEYin şeirlərində,F.SERROSKİnin nəsr əsərlərində erotik süjetlərə tez-tez rast gəlinib.”QADIN VƏ EROTİKA” dünya ədəbiyyatının hər zaman gözdə mövzusu olub.Bəzən qınaqlara ,qadağalara məruz qoyulan erotik ədəbiyyat hər zaman oxucunun” olmazsa olmaz”ı olub,sevilib,oxunub və ehtiyac duyulub. D.Laurensin “LEDİ ÇATERLEYİN SEVGİLİSİ”, V.Nabakovun “LOLİTA”sı bu əsərlərlərdən idi ki,əlaltından oxunan və sevilən olub.Britanyalı yazar E.L.Ceymsin “BOZUN ƏLLİ TONU”, P.Cohelyonun “ON BİR DƏQİQƏ”romanları erotik romancılıqda partlayış yaratmış və milyonlarca tirajda satılmış əsərlər idi.Türk ədəbiyyatının sevilən üzləri olan C.Sürəyya,Karacaoğlan,Atilla İlhan,Küçük İskəndər ,Enis Budur kimi dünyaca tanınmış şair və yazıçıların əsərlərindəki erotika şeiri daha” çılğın” edirdi. “SENİ BİR KERE ÖPSEM İKİNİN HATRI KALIRDI, İKİ KERE ÖPSEM ÜÇÜN BOYNU BÜKÜK. YÜZÜNÜN BİTİB VÜCUDUNUN BAŞLADIĞI YERDE MEMELERİN VARDI MEMELERİN KAHRAMANDI. SONRASI,SONRASI İYİLİK,GÜZELLİK” (C.Süreyya) Bir kişi şeirində qadının bütün bədən cizgilərinin cəsarətlə təsəvvür olunması əslində ədəbiyyatın qeyri- adiliyi deyildi, zənnimcə.Ədəbiyyat,şeir o zaman sərhəddini ,qadağasını aşıb cinslərin və fərdlərin olmaqdan çıxdı ki; “ON DÖRT YAŞINDAYDI RUHUM ,BAYIM BİR MERMER MASANIN SOĞUKLUĞUNDA YAŞLANDI. PROTEZ BACAKLAR TAKDILAR RUHUMA İNCE VE BEYAZ. QICIRDAYA QICIRDAYA DOLAŞDIM ŞEHRİ. PROTEZ BACAKLARIMA BİLE ISLIK ÇALDILAR, O ARA İCİMDE ÇİCEKLERDEN OLUŞMUŞ BİR SİLAHSIZ KUVVET ABLUKAYA ALINDI. SİNEMALARDA DA “orqazm qıcırtıları” OYNUYORDU. KAÇMAYA ÇALIŞDIM.OLMADI” Gənc türk şeirinin qadın şairlərindən olan DİDEM MADAK bu misraları yazdı. Lale Müldür “ANNE BEN BARBARMIYIM?” kitabı ilə ün qazandı.Melonxoniya,depresya,dram şairəsi kimi qadın duyğularının tünd tonlarını əsərlərinə qarışdırdı. Dəfələrcə intihara cəhd etmiş,türk ədəbiyyatının”LİRİK PRENSESİ” Tazer Özlünün şeirlərində isə başqa bir qadını kəşf etdi oxucu.Özlünün şeirindəki intihara sürüyən bezginlik əslində minlərlə qadının bezginliyi və üsyanı idi; “GECELERİ ANNEME SOKULARKEN HEM SOĞUKDAN KORKUYORDUM,HEM YALNIZLIKDAN” Ece Ayhan- C.Süreyyanın sözləri ilə desək “30 na deymemişdi” gənc şairə,ölümlə üzləşdi. “EN YAKIN YABANCI SENDİN, DAHA SÜRÜLMEMİŞKEN IŞIĞIN BİBERİ YARALARIMIZA” “YASLANIRKEN BOŞLUKDAKI BİR MERDİVENİ HENÜZ EN GÜÇSÜZ KOLLARDA ÇÖZÜLÜYORDU AŞKIN İLMELERİ” 1990- cı illərdə artan” qadın şair fenomenlər “ sanki, “baxın qadınlar da kişilər qədər erotik şeir yaza bilər “mesajı verirdilər.Saphonun və islamdan öncə ərəb şairələrin yazdığı şeirlərdə erotizm nə qədər güclüydüsə, Osmanlı dövründə və cumhuriyyətin ilk dövründə nəinki erotik,hətda şeir yazdıqları üçün qadınlar cəzalandırılmışdır.Ərləri tərəfindən döyülmüş,kirpikləri kəsilmiş,cəmiyyət içində alçaldılmış türk şairələr hər şeyə rəğmən deyərdim ki, ən cürətkar bir işi görmüş- erotik qadın ədəbiyyatını yarada bilmişdilər türk ədəbiyyatında. Etiraf etməliyəm ki ,araşdırma apardığım zaman erotizm nöqtəsində çox qadının cəsarəti heyrətləndiricidir.Bir türk yazar qadınının heç də hansısa əcnəbi bir qadın yazardan geri qalmadığının canlı şahidi oluram. Aytən Mutlu “ORQAZM” şeirində yazırdı: “ISLAK BİR GEMİ BOŞALTIYOR BİRDEN BİRE YÜKÜNÜ GİDİLMEDİK BİR ADANIN ÇIĞLIKLI SAHİLİNE” Gerçəkdən də cəsur yazırdı türk şairələr.Cəmiyyətin düşüncəsini göz önünə alsaq,bəzən kişilərdən də çox daha cəsur yazdıqlarını düşünürəm Eren aysendən ; “UZAĞINDA ARTAN ÇİZGİLƏR ALNIMDA KEÇDİM BİLL-BORDLARI YATDIĞIM ADAMLARI YAZARAK “(dize dergisi) Və ya şairənin başqa bir şeirində ; “ne zaman pencereyi açsam Duvarda “pornoqrafi en büyük eylem “ yazıyor” (vesikalık fotoğraf) Erotizmi dozunda işlədən,duz-bibər əvəzi şeirə səpən digər bir şairə isə Nurdan Duru idi; “bir bedene tutunub geçiyorum başqa bir bedene Yaprak ellerim Yumşak… Haz.” Türk ədəbiyyatında qadın yazarların erotik şeirlərindən bəzi seçmələri verdim.Nümunələr çoxaldıqca çoxaldıla bilər. Hər şey kimi erotizm də qadın həyatının bir parçasıdır və bu baxımdan mən ədəbiyyatın hansı millətə,hansı zamana aid olmasından asılı olmayaraq qadın yazarlarla, xüsusən də cəsarətli qadın əsərləri ilə zənginləşdiyini düşünürəm.(Gulsadə İbrahimli)

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …