Cümə axşamı , İyun 4 2020
Home / Cəmiyyət / Qaz çəkdirmək pulsuz olacaq

Qaz çəkdirmək pulsuz olacaq

Zaqatala royununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib.

Neft Şirkətinin rəhbəri bildirib ki, yeni sistəmə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər “ASAN Xidmət” vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla “ASAN Xidmət”ə müraciət edib çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək.

Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.Cebhe.info

Həmçinin oxuyun

Culfa rayonunda yaradılan şərait geniş imkanlar açır

Bu gün hərtərəfli düşünülmüş siyasətlə həyata keçirilən böyük iqtisadi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, xalqla …