Çərşənbə , Aprel 8 2020
Home / Cəmiyyət / Qazaxda top mərmisi tapıldı

Qazaxda top mərmisi tapıldı

Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 1 ədəd döyüş başlıqlı top mərmisinin və 1-ci Şıxlı kəndi ərazisində sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, MediAktiv.az xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib, ərazisinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən Quşçu Ayrım kəndiərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1-ci Şıxlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 811 ədəd 5.45 mm-lik patronlar aşkar olunan, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin və patronların ətrafında 1 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Həmçinin oxuyun

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlər köçürülür

MediAktiv.az xəbər verir ki, 7 aprel 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna …