Çərşənbə axşamı , İyul 7 2020
Home / Cəmiyyət / Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub

Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, hesabat dövründə kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Peyk görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyinin sürəti 350 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

Proqnoz dövründə (09 – 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində  mənfi qütblülüyə malik olan geoeffektiv tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti hesabına nisbətən artma proqnozlaşdırılır.

9 – 11 dekabrda geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 9 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

Həmçinin oxuyun

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi

3 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai …