Bazar , Yanvar 10 2021
Home / Cəmiyyət / Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər

Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

MediAktiv.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcəkdir.

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaqdır.

Həmçinin oxuyun

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması dekabr ayında da diqqətdə saxlanılmış, bir …