Çərşənbə , İyun 3 2020
Home / Cəmiyyət / Sədərək rayonunda yaz əkinləri mütəşəkkil keçirilir

Sədərək rayonunda yaz əkinləri mütəşəkkil keçirilir

Rayon İcra Haki- miyyətindən aldığımız məlumata görə rayon əra- zisində 326 hektarda şum qaldırılıb, 83 hektara arpa, 83 hektara qarğıdalı, 9 hektara bostan bitkiləri, 1 hektarda tərəvəz, 50 hektarda yonca əkilib. Hazırda yaz əkinləri da- vam etdirilir, əkilmiş əra- zilərin suvarılması müasir texnologiyalarla təmin olunmuş nasosstansiyaları hesabına həyata keçirilir. Bu əkinlərin məhsuldar olacağı elə sahələrdə alınan cücərtilərdən də bəlli olur. Son günlərdə yağıntının çox olması da torpaq mülkiyyətçilərinin bol məhsul əldə edəcəklərinə ümidlərini artırıb.

Payız əkinləri zamanı mülkiyyətçilərə gübrənin güzəştli şərtlərlə verilməsi də məhsuldar- lığa müsbət təsir göstərən amillərdəndir. Qeyd edək ki, rayonda aqrar sahədə uğurların qazanılmasında “Şirarxı”nasos stansiyasının böyük rolu vardır. Bu stan- siyanın istifadəyə verilməsi sərhəd böl- gəsində yaşayan insanlara növbəti dövlət qayğısı olmaqla, torpaq mülkiyyətçilərinin əkin sahələrindən səmərəli istifadəsinə şərait yaradıb, rayonda əkinəyararlı tor- paqların dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verib. Eyni zamanda yeni nasosstansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılıb.

Zülfiyyə HƏSƏNOVA

Həmçinin oxuyun

Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” …