Şənbə , Mart 28 2020
Home / Cəmiyyət / “Sədərək”dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb

“Sədərək”dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilən məlumata , əsasən , MediAktiv.az xəbər verir ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

Həmçinin oxuyun

Şərur rayonunda da dezinfeksiya işləri aparılır

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dezinfeksiya işləri davam etdirilir. MediAktiv.az xəbər verir ki, Şərur şəhərindəki tullantı …