Bazar , Avqust 9 2020
Home / Cəmiyyət / Sərhəd kəndində bir gün

Sərhəd kəndində bir gün

Şada kəndi dağlıq ərazidə və düşmənlə sərhəddə yerləşir. Dəniz səviyyəsindən 1605 metr yüksəklikdə olan və rayon mərkəzindən 18 kilometr aralıda yerləşən Şada kəndinin sakinləri qurub-yaratmaq əzmi ilə çalışırlar. Bu kəndin əhalisinin sayı 171 nəfərdir. Yolumuz Badamlı qəsəbəsindən, Badamlı kəndindən keçərək, dağlar qoynunda yerləşən, düşmənlə sərhəd olan Şada kəndinədir. Enişli-yoxuşlu yollar bizi yormur. Çünki abad, rahat yolları, həm də ki, yüksəkliyə qalxdıqca avtomobilin içərisinə daxil olan təmiz hava bizi bu kəndə çatmağımıza daha da tələsdirirdi. Yola baxdıqca “Mədəniyyət yoldan başlayır” ifadəsi özünün təsdiqini bir daha tapdı. Bu kəndin sakinləri ilə söhbət etmək və onların gündəlik hansı işlərlə məsğul olduqlarını bilmək üçün bir neçə kənd sakini ilə həmsöhbət olduq. Kənd sakini 64 yaşlı Tofiq Məmmədovun dediklərindən: -Dövlət qayğısı nəticəsində uzun illərdən bəri muxtar respublikamızda aparılan tikinti-quruculuq işləri, sərhəd kəndlərimizin tərəqqisi və inkişafı biz kənd sakinlərini yurd yerimizə daha sıx tellərlə bağlayıb. Torpaq islahatının həyata keçirilməsi ilə dirçəliş dövrünü yaşayan kəndlərimiz sonrakı illərdə məqsədyönlü şəkildə aparılan quruculuq tədbirləri sayəsində tərəqqi dövrünü yaşamağa başlayıb. Ümummilli liderin inkişaf strategiyasi, bu gün muxtar respublikamızda ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyindən Şada kəndi inkişaf dövrünü yaşayır. Kəndin rayon mərkəzi ilə birləşdirilən yolları genişləndirilib və asfalt verilib. Bu gün bizə xidmət edən ikimərtəbəli binada icra nümayəndəliyi, kitabxana, klub, kənd bələdiyyəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, ATS, polis və baytarlıq məntəqələri fəaliyyət göstərir. Burada yaradılmış hər bir şərait kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə imkan verib. Əvvəllər kənddə hər hansı bir məsələnin həlli ilə bağlı rayon mərkəzinə üz tuturduq. İndi isə hər cür şəraitlə təmin olunmuş kənd mərkəzində öz işlərimizi asanlıqla həll edə bilirik. Kənd mərkəzinin yaxınlığında müasir arxitektura üslubunda inşa olunmuş binaŞada kənd tam orta məktəbi yerləşir. Məktəbin direktoru Ayxan Mehdiyevlə söhbətimiz zamanı qeyd etdi ki, 88 şagird yerlik ikimərtəbəli məktəb binasında 9 sinif otağı, kompüter və şahmat otaqları, hərbi kabinə, müəllimlər otağı, kitabxana və idman zalı vardır. Müasir tədris sisteminin əsas tələblərindən biri də informasiya texnologiyalarına əsaslanan tədris mühitinin təşkil olunmasıdır. Məktəbin hər bir müəllimi çalışır ki, bu günün şagirdi milli-mənəvi və ümumbəşəri dəyərləri özündə birləşdirən, elinə, obasına, Vətəninə layiqli bir insan kimi yetişsin, gələcək fəaliyyətlərində biliyi ilə xalqa layiqincə xidmət etsin. Şada kəndi ərazisində yerləşən əsgəri- məişət yaşayış kompleksində əsgər yataqxanası ilə yanaşı, 8 mənzilli, ikimərtəbəli zabitlər evi, qərargah, tibb məntəqəsi, ərzaq-əşya anbarı, camaşırxana, mətbəx, tabor, bölük komandirləri üçün iş otaqları, həmçinin zabit ailələri üçün yaşayış binası da yerləşir. ”N”saylı hərbi hissənin mayoru Qalib Salmanlı hərbi hissədə yaradılan şəraitdən danışaraq bildirdi ki, hərbi hissənin şəxsi heyəti üçün hər cür şərait yaradılıb. Şadanın bugünkü mənzərəsi sərhəd kəndinə göstərilən dövlət qayğısıdır. Şadalılar dövlətin bu qayğısından ruhlanaraq torpaqlarını qoruyur və hər qarışını əkib-becərirlər. Şada, bir sözlə, günü-gündən çiçəklənir, müasirləşir, inkişaf edir. Bu gün həmin kənd iki addımlıqda yerləşən düşmən üçün göz dağıdır. Şadaya gedərkən yolun sağ və sol tərəflərindəki səliqə ilə əkilən əkin sahələri kənddə olarkən diqqətimi daha çox çəkmişdi. Kənd adamları qiymətli sərvət olan torpaqdan ikiəlli yapışıblar. Burada insanlar mövcud əlverişli imkanlardan istifadə edərək həm əkin-biçinlə məşğul olur, həm də heyvandarlığı inkişaf etdirirlər. Bu il 70 hektara yaxın ərazidə əkin aparılıb. Əkin sahələrinin 62,3 hektarını buğda, 3 hektarını arpa, 4 hektarını yonca təşkil edir. Kənd sakinlərinə bu sahədə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir. Hal-hazırda kənddə 80 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu mal-qara saxlanılır. Sakinlər daxili bazarın ət və süd məhsullarına olan təlabatını ödəmək üçün ildən-ilə təsərrüfatlarını böyüdür, heyvanların baş sayını artırırlar. Kəndin yaşlı sakinlərindən olan Gül – əhməd Məmmədov deyir ki, biz yaşadığımız kəndin qədim tarixi ilə qürur hissi keçiririk. Yurd yerimizin müasir və abad yaşayış məntəqəsinə çevrilməsini dövlətimizin şadalılara göstərdiyi böyük qayğı kimi dəyərləndiririk. İnsanların yaxşı yaşaması üçün kənddə hər bir şərait var. İşığımız, təbii qazımız və süfrələrimizin məhsulu boldur. Son illər kənddə aparılan quruculuq tədbirlərini, istifadəyə verilən sosial obyektlər muxtar respublikamızda həyata keçirilən tədbirlərin əyani nümunəsidir. Hər birimizə məlumdur ki, bu gün dövlətimiz tərəfindən mərkəzdən tutmuş, ən ucqar dağ kəndlərinə kimi bütün kəndlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İnsanlar üçün lazımi şərait yaradılıb, onların rahatlığı təmin olunub, gündəlik qayğıları vaxtında həll edilir. Bir sözlə bu gün müasir Şada kəndi düşmənə gözdağıdır. Bütün bi firavanlıq, abadlıq və sabitlik isə kənd sakinlkərinin torpağa, yurda bağlılığını bir daha artırır.

Oruc Mirzəyev

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …