Çərşənbə axşamı , İyun 2 2020
Home / Cəmiyyət / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər və axşam  bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-13° isti, Bakıda gecə 6-8°, gündüz  11-13°  isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Həmçinin oxuyun

Uşaqlar nurlu sabahımız, xoşbəxt gələcəyimizdir

Uşaqlar hər bir xalqın, dövlətin ən qiymətli sərvəti, gələcəyi,  hər evin, ailənin bəzəyidirlər. Elə buna …