Çərşənbə , İyul 15 2020
Home / Cəmiyyət / SMS icazə sistemində limit qoyulub: Yalnız 1 dəfə icazə almaq olar

SMS icazə sistemində limit qoyulub: Yalnız 1 dəfə icazə almaq olar

Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.

Bunu MediAktiv.az-a açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Həmçinin oxuyun

Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub

Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. MediAktiv.az xəbər …