Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / SOCAR HAVA ŞƏRAİTİNİN KƏSKİNLƏŞMƏSİ İLƏ BAĞLI DƏNİZDƏ İŞÇİLƏRİNİ TƏXLİYYƏ EDİR

SOCAR HAVA ŞƏRAİTİNİN KƏSKİNLƏŞMƏSİ İLƏ BAĞLI DƏNİZDƏ İŞÇİLƏRİNİ TƏXLİYYƏ EDİR

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb. 

MediAktiv.Az xəbər verir ki,SOCAR-dan verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin – işçilərinin təxliyyəsinə başlayıb. 

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək.  

Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib.  

Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir.  

Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.   

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …