Şənbə , Yanvar 16 2021
Home / Cəmiyyət / Son illərdə Şahbuz rayonunda 10-a yaxın mərasim evi istifadəyə verilib

Son illərdə Şahbuz rayonunda 10-a yaxın mərasim evi istifadəyə verilib

Bu gün muxtar respublikada insanların rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır. Yaşayış məntəqələrimizdə sakinlər müasir yol infrastrukturundan, kənd və xidmət mərkəzlərindən istifadə edirlər. Son dövrlərdə inşa olunan mərasim evləri isə sakinlərin yas mərasimlərinin keçirilməsi zamanı qarşılaşdığı problemə son qoyub. Şahbuz rayonunda da bu sahədə mühüm işlər görülüb. Rayonun kənd – lərinin əksəriyyətinin dağlıq ərazilərdə yerləşməsi sakinlərin yas mərasimlərinin keçirilməsində bir sıra çətinliklər yaradırdı. Yaşayış sahələrinin həyətlərində yerlərin olmaması, payız–qış aylarında yağıntılar sakinləri bu sahədə ciddi problemlə qarşılaşdırırdı. Bu qəfil hadisələr zamanı sakinlər digər işləri buraxıb, çadır qurmaqla, qab-qacaq, stol, stul axtarmaqla məşğul idi. Və yaxud kirayə çadır sifariş verməklə əlavə vəsait sərf etmək məcburiyyətində qalırdı. Son illərdə dövlətlə yanaşı, sahibkarlar, kəndlərin imkanlı şəxsləri də mərasim evlərinin tikintisinə təşəbbüs irəli sürərək rayonun bir sıra kəndlərində sakinlərin bu probleminə son qoydu. Yaxın bir zamanda rayonun Yuxarı Qışlaq, Aşağı Qışlaq, Sələsüz, Mahmudoba, Kolanı kəndlərində və Şahbuz şəhərində mərasim evləri tikilərək istifadəyə verildi. Müasirtipli mərasim evlərində lazımi şərait yaradıldı. Burada qadınlar və kişilər üçün ayrıca yerlər, mətbəx yaradılaraq lazımi avadanlıqlarla təmin olundu. Bu da sakinlərin rahat şəkildə yas və digər bu kimi mərasimləri keçirməsinə şərait yaradır. Artıq sakinlər yas mərasimləri zamanı əvvəl qarşılaşdıqları çətinliklərin heç biri ilə üzləşmir, buna vaxt və vəsait sərf etmirlər. Onlar yas mərasimlərini rahat şəkildə yola salırlar. Qeyd edək ki, Kükü, Keçili və Badamlı kəndlərində inşa olunan mərasim evləri də istifadəyə tam hazırdır. Külüs kəndində isə mərasim evinin tikintisi davam etdirilir.

Oğuz səsi qəzeti

Həmçinin oxuyun

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ …