Çərşənbə , Aprel 8 2020
Home / Cəmiyyət / Sürücülərə vacib xəbər

Sürücülərə vacib xəbər

ASAN xidmətin sürücülər üçün yaratdığı xidmətlərdən biri olan Asanpay.az saytında elektron kabineti olan sürücülərə vacib xəbər var.

MEDİAKTİV.COM Avtosfer.az-a istinadən bildirir ki, bu işlər bitdikdən sonra sayta yeni bir özəllik əlavə edilib.

Bundan sonra elektron kabineti olan sürücülər onlara tərtib edilmiş elektron protokollara əlavə olunan videogörüntüləri rahatlıqla izləyə biləcək.

Elektron kabinetdən çıxarılmış videolardan birini təqdim edirik. Həmin video DYP avtomobilindəki İ-patrul sistemi vasitəsilə qeydə alınıb və sürət həddini aşan bir avtomobili qeydə alıb.

Hər bir sürücü qayda pozuntularına dair foto və videolarla tanış olmaq istəyirsə, Asanpay.az saytında qeydiyyatdan keçərək özünə elektron kabinet yaratmalıdır. Asanpay.az saytına daxil olduqdan sonra qeydiyyat üçün sadə proseduru keçib bu işi heç bir ödəniş etmədən həyata keçirə bilərsiniz ki, gələcəkdə hansısa qayda pozuntusu olarsa, dərhal məlumat ala və foto-videolarla tanış ola biləsiniz.

Həmçinin oxuyun

Naxçıvanın bəzi dağlıq ərazilərinə qar yağır-FOTO

Aprelin 6-dan başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində yağmurlu və soyuq hava şəraiti hökm sürür. MediAktiv.az xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir