Bazar ertəsi , İyul 13 2020
Home / Cəmiyyət / Təbiətimiz insan qayğısından xəbər verir

Təbiətimiz insan qayğısından xəbər verir

Qədim yurd yerlərindən biri olan Şahbuzun misilsiz təbii gözəllikləri var. Bu diyar ilboyu zirvəsi qarla örtülü olan dağları, könülaçan sərin yaylaqları, zəngin və nadir landşafta malik ovalıqları, çayları, çeşmələri, bulaqları, canlı və cansız təbiət inciləri ilə öz şöhrətini hüdudlarından kənara yaymağı bacarıb.

Belə gözəllik məskəni olan yurdumuza insan əli ilə yeni gözəllik naxışlarının da vurulması yurd yerlərimizdə təkrarolunmaz və heyrətamiz mənzərələr yaradıb. Bu da bir həqiqətdir ki, yaşadığın yer nə qədər müasir tikililərdən, abad yollardan ibarət olsa da, orada bir yaşıllıq mənbəyinin olmaması həmin yeri çox cansız, sıxıcı edəcək. Çünki qeyri-adi bir mənzərəni yaşıllıqlar qoynunda, al-əlvan rəngli güllərin çələngində görmək olar. Bu görüntü içərisində muxtar respublikamızın hər bir rayonu kimi, Şahbuz rayonu da bir ayrı mənzərə ilə könül açır.

Yol boyunca cərgələnmiş ağaclar, salınan gülkarlıqlar, dağların ətəklərində, yastanlarda əkilən körpə fidanlar rayonun təbiətinə insan qayğısından xəbər verir. Təbiətin insanlardan umduğu bu qayğını ona hər fəsil bəxş edən rayon sakinləri xüsusilə iməciliklər yolu ilə onları suvarır, diblərini boşaldır, aqrotexniki tədbirlər həyata keçirirlər.

Məqsədyönlü şəkildə həyata keçirilən aqrotexniki qulluqlar zamanı rayonumuzun sakinləri yaşıllıq sahələrini daha da genişləndirməyə, meşə sahələrindəki seyrəklikləri aradan qaldırmağa, körpə fidanların əkilməsinə, gül kollarının çoxaldılmasına çalışırlar. Şahbuz şəhərindəki yaşıllıq zolaqlarından tutmuş massivlərdə, bağlarda, yol kənarlarında və kəndlərdəki müxtəlif ərazilərdə əkilən ağaclara, salınan bağlara, yaradılan gülkarlıqlara qədər aqrotexniki qaydalara uyğun qulluq edilir.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə MediAktiv.az-a …