Cümə , Sentyabr 18 2020
Home / Cəmiyyət / TƏBİB: Restoran və mağazaların açılması məsələsi müzakirə olunur

TƏBİB: Restoran və mağazaların açılması məsələsi müzakirə olunur

“Açıq havada restoranların və kiçik ticarət mərkəzlərinin açılması məsələsi hazırda müzakirə olunur. Çünki etiraf edək ki, restoranlarda qida qəbulu zamanı maskadan istifadə mümkün deyil və sosial məsafələrin saxlanılması çətin olur”. 

MediAktiv.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, indiki yumşalma tədbirlərinin göstəriciləri zamanla nəzərə alınaraq müvafiq qərarlar qəbul edilə bilər: “Yəni bütün qərarlar mərhələli şəkildə olacaq”.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …