Cümə , İyun 5 2020
Home / Cəmiyyət / Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Təhsil Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Həmçinin oxuyun

Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri davam edir

Muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn …