Şənbə , İyul 4 2020
Home / Cəmiyyət / Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri  imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.

Həmçinin oxuyun

8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron …