Cümə , İyul 23 2021
Home / Cəmiyyət / Tələbələrə prioritet sahələr üzrə hazırlanan investisiya lahiyələri haqqında seminar keçirilib

Tələbələrə prioritet sahələr üzrə hazırlanan investisiya lahiyələri haqqında seminar keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasıİqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, seminarın əsas mövzusu muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, prioritet hesab olunan sahələr üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması olub.

         Tədbiri giriş sözü ilə açan fakültə dekanı Əşrəf Ələkbərov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm tövhədir.

Daha sonra seminarın əsas mövzusu üzrə İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov və nazirliyin Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova tələbələrə slayd materiallardan istifadə edərək ətraflı məlumat verib.

Seminarın sonunda mövzular üzrə tələbələrin sualları cavablandırılıb və geniş diskusiya aparılıb.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …