Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Cəmiyyət / Tələbələrə sovqat verilib – FOTO

Tələbələrə sovqat verilib – FOTO

MEDIAKTIV.AZ xəbər verir ki, dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi, eləcə də ölkəmizin digər bölgələrindən olan tələbələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sovqat verilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikanın ali təhsil müəssisələri hər zaman diqqət və qayğı ilə əhatə olunub, dərslərin tədrisi, imtahanların keçirilməsi üçün əlverişli şərait yaradılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ilbəil artır. Bütün ali təhsil müəssisələrinin tədris korpuslarında və tələbə yataqxanalarında dezinfeksiya işlərinin aparılması, eləcə də əcnəbi tələbələrin qayğı ilə əhatə olunması, onlara pandemiya dövründə ərzaq paylarının ayrılması, lazımi köməkliklər edilməsi göstərilən diqqətin daha bir ifadəsidir. Elbrus İsayev bütün bunlara görə kollektiv adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbov çıxış edərək tələbələri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və böyük tarixi Qələbə münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə yazılıdı. Bu ildə ölkəmiz həm siyasi-iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə etdi. Ən böyük uğurumuz isə Ali Baş Komandanımızın qətiyyəti və müzəffər ordumuzun rəşadəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsi oldu. Bu şanlı Qələbəmiz Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır. Vurğulanıb ki, igid oğullarımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir.

Tələbələr yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra 290 tələbəyə sovqatlar təqdim olunub.

Həmçinin oxuyun

Deputatlar bu gün 10 məsələ üçün toplaşır

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, iclasın …