Bazar ertəsi , Noyabr 23 2020
Home / Cəmiyyət / Tarix babaya məktub…

Tarix babaya məktub…

Salam, Tarix baba, sənə bir məktub yazıram. İllərdir ki, “fiziklər”, “riyaziyyatçılar”, laborotoriyalarda gündə min hoqqadan çıxan “kimyagərlər” sənin yalan olduğunu dilə gətirirlər. Boş ver, görürsən ki, o “peşə sahiblərini” dırnaq arası yazıram. Halbuki, işinin peşəkarı olanlar bilirlər ki, laborotoriyalarda üzərində analiz apardıqları tapıntılar belə sənin yaşından, sənin mövcudluğundan soraq verir. Əslində, sənə məktub yazmaqda məqsədim budur ki, biləsən biz kimik. Yada yox, əslində sənə hər şey agahdır. Bəs, gəlişimizdən xəbərin varmı, Tarix baba?

 Biz gəldik, ömrün boyu hər səhifəndə biz vardıq. Sənə sığışmayan bizim zəfərlərimiz, ədalətimiz, mənəviyyatımız, rəşadətimiz çoxlarının ürəyinə dərd saldı, çoxlarının bağrını çatlatdı. Ta ki, sən içimizə fitnə-fəsad, casus salana qədər bizi bizə asi etdin. Amma sən, bilmədin ki, biz səni varaqladıqca dünən də varıq, bu gün də varıq dedik. Soyumuz, kökümüz, mədəniyyətimiz, qəhrəmanlığımız sənin ululardan ulu babanla həm yaşıddır. Azıx mağarasından tapılan tapıntındanmı deyim, Qobustan abidələrindəki yazındanmı, yoxsa əfsanəvi Gəmiqayandakı mədəniyyətdən? Gəl sənə, Nuh babadan deyim, yox əslində bu da sənə agahdır. Sən yaxşı, bilirsən ki, mədəniyyətin, sivilzasiyanın ilk beşiklərindən biri elə Azərbaycandır.

 İllərdir ki, bizi sınağa çəkdin. Amma biz, zəfərlər qazandıq, qalib olduq, böyük dövlətlər qurduq. Dünyaya öz gücümüzü, soyumuzu, kökümüzü göstərdik. Sən axı, dünyaya hökümranlıq edən türklərlə daha yaxınsan. Yoxsa, səndə unutmusan, sənin şanlı səhifələrini biz yazmışıq. Sənə bu məktubu yazdıqca, həm də səni vərəqləyirəm, hər səhifəndə özümü-soyumu, kökümü görürəm. Bütün aləmə bəlli olan tarixi gücümüzü sənə yazmaq istəmirəm, çünkü sən bunları yaxşı bilirsən. Bilirsən ki, dünyada ilk dövlət, ilk tayfa türkün oldu, biz ucaltdıq səni. Biz sənə şanlı zəfərlər bəxş etdik. Nə sirlisən deyənlərə, bilirəm ki, cavab vermisən, bu tarix türk soyunundur. Hələ mədəniyyəti demirəm. 18-ci əsirdə hamam belə tanımayan Avropaya, 12-ci əsrdən qalma hamam mədəniyyətini dərs etdik. Biz səni sevdik, Tarix baba, çünkü, sənin hər səhifəndə bizim zəfərlərimiz var. Amma aramıza mənfur düşmənləri də qatdın, mənbəyi, mənşəyi bilinməyən “millətlərlə” sınağa çəkdin bizləri. Bilirəm ki, ermənini tanımarsan?

 Sənə bu saxtakar, səndə heç bir nişanı olmayan “millətdən” danışım. Bilmirəm, kim əkib, kim törəyib, bu milləti. Başdan ayağa fitnə-fasad, yalançı, saxtakar bir “millətdir”. Hər xalqdan bir şey oğurlaya-oğurlaya bir təhər “yaşayıblar”. Tarix baba, sən şahidsən ki, biz Albaniyanı, Atrepotenanı, Mannanı, Midyanı quranda ermənilərin yer üzündə nə izi vardı, nə də tozu. Sonradan yer üzündə milçək kimi ürək bulandıran bu “millət” peydə oldu. Əslində özün şahidsən ki, Qafqaza gəlişləri də təsadüf deyildi. Çarizmin siyasəti ilə qəsdən Qafqaza köçürülən ermənilər çox xülyalar qurdular. Bax, Tarix baba, sənə şikayətim odur ki, sən bizi bu qorxaq millətlə sınağa çəkdin. Bunlar bizim mədəniyyətimizi oğurladıqları kimi, torpaqlarımıza da göz dikdilər. Gedib “böyük güclərə” yaltaqlıq edib, quruq bulayıb başımıza gətirmədikləri oyun qalmadı, günahsız körpələrimizə, ağsaqqal, ağbirçəklərimizə divan tutdular, soyqırımlar törətdilər. Torpaqlarımızı işğal etdilər. Təkcə, 20-ci əsrdə içimizə saldığın xəyanətkar insanlardan istifadə edib, İrəvanı, Vedibasarı, Zəngəzuru sonrada Qarabağı bizdən aldılar. Biz bu yolda çoxlu şəhidlər verdik, şəhid itkisindən çox, bizə ağır olan torpaq itkisi oldu. İtirilmiş torpaqlarımıza baxdıqca, başımıza açılan oyunları vərəqlədikcə, milyonlarla qaçqınımızın üzündəki Vətən həsrətini sezdikcə sənə nifrət etdim, Tarix baba. Əslində bir millətin zatında, qanında qalib ruhu varsa, istənilən məğlubiyyətdən sonra istər yüz, istər min il keçsin yenədə o millətin nəfəsindən qələbə qoxusu gələcək. Ta ki, sən, həmin o qalib ruhun yenidən şaxə qalxması üçün lazım olan zamanı yetişdirənədək. Hə, Tarix baba, bunu deyirdim, BİZ VARIQ!!! YENİDƏN SƏNİ YAZMAQ ÜÇÜN!!!

Biz özümüzə, sözümüzə geri döndük. Qoca vulkan oyandı. Şah İsmayıldan sonra nadir halda birləşdik və zəfər çaldıq. Səni, ona görə şanlı etdik ki, bəlkədə beş yüz il sonra ilk dəfə itirilmiş torpaqlarımızı zəfər marşları ilə geri qaytardıq. O zaman, bu zamanmış, 30 ilin ardına gələcəkmiş, tarix baba. Bəli, biz addım-addım səni yenidən yazırıq, indi o erməniləri iti qovan kimi qovuruq. Sənin yetişdirdiyin, zamanın şəxsiyyəti Ali Baş Komandanımız bizə və sənə illərdir ki, gizli qalan böyüklüyümüzü göstərir. Üç rəngli bayrağımız Zəngilanda, Füzulidə, Qubadlıda, Cəbrayılda dalğalanır və bütün Qarabağda dalğalanması üçün biz yenidən səni yazırıq. Tarixi xəritəmizi yenidən, açıq-aşkar cızırıq.

İndi biz, səni yaza-yaza sənin bir parçan oluruq. Və bu şanlı tarixin bir parçası olmağımızla qürur duyuruq. Səni əhf etdim, Tarix baba. İndi sənə nifrət etmirəm. Ona görə ki, səni yenidən yazırıq. İndi nə “kimyagərlər”, nə “fiziklər”, nədəki “riyaziyyatçılar” səndə səhv axtarır. Onlar belə səninlə qürur duyur. Çünki, biz indi səni olduğun kimi yazırıq. Tarix baba, sənə bir sirr açım, dünyanın bütün zövqlərindən, zənginliklərindən gözəlmiş torpağımın yaralarını saran QALİB ƏSGƏRİN zəfər marşını izləmək!!!

Səni yenidən yazan Azərbaycandan

Mətin KAMAL

Həmçinin oxuyun

Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq …