Bazar , Avqust 9 2020
Home / Cəmiyyət / Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi iyulun 7-dən etibarən fəaliyyətini bərpa edir.

MediAktiv.az xəbər verir ki, mədəniyyət ocağı ziyarətçilərini Gürcüstanın Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edəcək.

Muzeyə daxil olan qonaqların hərarəti ölçüləcək, əlcək və baxillər təqdim olunacaq.

Tibbi maskasız şəxslərin məkana daxil olmasına icazə verilməyəcək. Muzey dezinfeksiyaedici vasitələrlə də təmin olunub.

Qeyd edək ki, Gürcüstanda muzeylər koronavirus pandemiyası səbəbindən martın əvvəlindən bağlı olub.

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …