Cümə , Aprel 10 2020
Home / Cəmiyyət / Telefonunuza batareya alarkən diqqətli olun

Telefonunuza batareya alarkən diqqətli olun

Satışda elə batareyalar var ki, onlar sizin telefonunuzu xəbəriniz olmadan sıradan çıxara bilər. Şəhərdə aparılan sorğu zamanı aydın olub ki, telefonlarına batareya alan şəxslər onların keyfiyyətindən narazılıq edir. Əksəriyyət deyir ki, belə batareyaların ömrü az olmaqla yanaşı, telefonlarına da ciddi ziyan vurur.

Bəs batareya alarkən nələrə diqqət etmək lazımdır? Ümumiyyətlə, orijinal batareyalarla saxtalarını necə fərqləndirmək olar?

Satıcılar deyirlər ki, elə vətəndaşların özləri əsasən ucuz batareyalar almağa üstünlük verirlər.

Uzun illər telefon aksessuarlarının satışını həyata keçirən Seymur Yusibov alıcılara orijinal batareyalar almağı tövsiyə edir.

O da təsdiq edir ki, sadə batareyaların telefon üçün bir sıra fəsadları var. Seymur Yusibov həmçinin bildirib ki, orijinal batareyaların 1 illik zəmanəti olur.

Satıcılar orijinal batareyaların saxta fərqləndirməyin yollarını da izah edib. Odur ki, siz də batareya alanda bu kimi nüanslara diqqət edin ki, maddi zərərə düşməyəsiniz.Xəzər TV

Həmçinin oxuyun

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Azərbaycanda son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfədən çox artıb. MediAktiv.az-ın məlumatına …