Bazar ertəsi , Avqust 10 2020
Home / Cəmiyyət / Torpağa ülvi məhəbbət tanrının insana bəxş etdiyi ən qiymətli sərvətdir

Torpağa ülvi məhəbbət tanrının insana bəxş etdiyi ən qiymətli sərvətdir

Hörmətli redaksiya: Əhalinin etibarlı ərzaq təminatı istiqamətində həyata keçirilən tədbirlərin miqyası getdikcə artır. Belə tədbirlər taxılçılığın inkişafında özünü daha qabarıq şəkildə göstərir. Bu gün qürur və iftixar hissi ilə demək olar ki, aparılan aqrar islahat kəndliyə əsl sahib karlıq hissi gətirib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində torpaq sahib karı olan kəndlinin məhsul istehsalına olan marağı daha da artıb. Bunun müqabilində bu gün regionumuzun bütün yaşayış məntəqələrində pay torpaqları əkilib, becərilir. Məhsuldar əkin-biçin nəticəsində halal zəhmət hesabına əldə etdiyimiz məhsulları keçirilən kənd təsərrüfatı yarmarkalarında satırıq. Nəticədə ailə büdcəmizə gəlir gətirir, dolanışığımızı təmin edirik. Həm də ucuz qiymətə satılan belə yerli məhsulların alıcısı da, satıcısı da nəticədən razılıq edirlər. Bu il təsərrüfat sahəmdə 4 hektardan artıq ərazidə buğda, 2 hektarda arpa əkmişəm. Məhsulum da bol oldu. 15 tondan artıq buğda, 7 tona qədər də arpa məhsulu biçdim. İllik azuqəmi rayonumuzda yeni istifadəyə verilən dəyirmanda üyüdüb un elədim. Artıq qalanını isə satdım. Bundan əlavə 1,5 hektar ərazidə bostan məhsulları əkmişəm. Bəzi məhsulların nubarını etmişik. Yaxın günlərdə onların da kənd bazarında satışını təşkil edəcəyəm. Torpağa ülvi məhəbbət Tanrının insana bəxş etdiyi ən qiymətli sərvətdir. Deyirlər kainatı yaşadan da elə bu ilahi vergidir. İrqindən, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq insan sərhədlərini, tanıdığı torpağı sevir, qoruyur, əkibbecərir.

Qurban Əlİyev

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …