Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / Truskavetsdə Azərbaycanın işğaldan azad edilən ərazilərində kurort zonalarının yaradılması müzakirə olunub

Truskavetsdə Azərbaycanın işğaldan azad edilən ərazilərində kurort zonalarının yaradılması müzakirə olunub

Ukraynanın kurort şəhəri hesab edilən Truskavets şəhərinin iş adamları, hotellər şəbəkəsinin rəhbərləri ilə görüş keçirilib.

MediAktiv.az-ın məlumatına görə, görüşdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Truskavets şəhərinin meri Andrey Kulçinski və “SOCAR Energy Ukraine” şirkətinin rəhbərinin müavini Həzi Aslanov iştirak ediblər.

Səfir çıxışında Truskavets şirkətlərini Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak etməyə çağırıb və deyib ki, həmin ərazilər kurort zonalar hesab edildiyindən sanatoriyaların yaradılması üçün əlverişli şərait mövcuddur. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır. E.Axundova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafı məqsədilə xarici investorlar üçün münbit şərait yaradılıb.

Truskavets şəhərinin meri A.Kulçinski isə öz növbəsində şəhərdə turizmin inkişafı üçün boş torpaq ərazilərinin olduğunu qeyd edib və Azərbaycan şirkətlərini bu sahəyə investisiya qoymağa çağırıb.

“SOCAR Energy Ukraine” şirkətinin rəhbərinin müavini H.Aslanov çıxışında Ukraynada sosial layihələrə edilən yardımlardan danışıb. Qeyd edib ki, “SOCAR Energy Ukraine” şirkəti sosial və turizm sahəsində layihələri dəyərləndirə bilər.

Müzakirələrdə pandemiya dövründən sonra “Buta Airways” şirkətinin Bakı-Lvov-Bakı reysinin yenidən bərpası, Truskavets və Quba qardaş şəhərləri arasında videokonfransın təşkili, turizmin inkişafı üçün birgə portalın yaradılmasının vacibliyi vurğulanıb.

Sonda səfir görüşdə səsləndirilən təkliflərin paket halında Azərbaycanın müvafiq qurumlarına təqdim edəcəyini bildirib.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …