Çərşənbə , Noyabr 13 2019
Home / Cəmiyyət / Vətəndaşlara 19 dekabr xəbərdarlığı – Tələsin

Vətəndaşlara 19 dekabr xəbərdarlığı – Tələsin

Onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq

“Azərişıq” ASC borclu abonentlərə xəbərdarlıq edib. Məlumata görə, “Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur./Sputnik/

Həmçinin oxuyun

Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edilib

Dövlət ümumi təhsil müəssisələrinin savadlı, zəruri bilik və bacarıqlara, eləcə də peşə hazırlığına malik kadrlarla …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir