Çərşənbə , Avqust 21 2019
Home / Cəmiyyət / Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi

Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi – “Ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!”

Mediaktiv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərtac”-ın Naxçıvan bürosunun rəhbəri, eyni zamanda “Şərq qapısı” qəzetində baş redaktorun müavini vəzifəsində işləyən Rauf Əliyevə (mətbuatda Rauf Kəngərli kimi tanınan) 3 otaqlı mənzil hədiyyə edib. Jurnalistin ona təqdim olunan hədiyəyə münasibətini özünə məxsus “facebook” profilində belə ifadə edib: “Dostlar, sevincimin həddi-hüdudu yoxdur. Ailə həyatı qurduğum 22 il ərzində ilk dəfədir, nəhayət ki, bir evim oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərinin çox görkəmli bir yerində 3 otaqlı mənzillə təmin olundum. Bu, mənə və mənim timsalımda qədim diyarda fəaliyyət göstərən bütün mətbuat nümayəndələrinə göstərilən etimadın, qayğının növbəti nümunəsidir. Mən, həyat yoldaşım və 4 övladım ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!!! Allah Sizə uzun ömür, can sağlığı versin cənab Sədr!!! Dostlar, o qədər həyacanlıyam ki, fikrimi, duyğularımı ifadə edə bilmirəm”. Qeyd edək ki, Rauf Kəngərli əslən Naxçıvan MR-in Kəngərli rayonundandır. Uzun müddət paytaxt Bakıda fəaliyyət göstərən KİV-lərdə çalışıb. Bir neçə ildir ki, “Azərtac”ın Naxçıvan MR üzrə Bürosunun rəhbəri vəzifəsində işləyir.

Həmçinin oxuyun

Vətəndaşlara 19 dekabr xəbərdarlığı – Tələsin

Onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq “Azərişıq” ASC borclu abonentlərə xəbərdarlıq edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir