Şənbə , Sentyabr 19 2020
Home / Cəmiyyət / Xalçaçılıq kursunu bitirən müdavimlərə sertifikatlar təqdim olunub

Xalçaçılıq kursunu bitirən müdavimlərə sertifikatlar təqdim olunub

Qədim ənənələrə malik xalçaçılıq sənəti hər zaman olduğu kimi, bu gün də Naxçıvanda yaşadılır. Muxtar respublikada xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, unudulmaqda olan milli ornamentlərin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində mühüm əhəmiyyətə malikdir.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən verdiyi məlumata görə, muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, insanların bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonundakı Cəlilkənddə XIX əsrə aid “Buzxana” Kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlamışdır. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır.

Muxtar respublikada xalçaçılıq kursları fəaliyyət göstərir. Xalçatoxuyanlar üçün lazımi şərait yaradılır. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, xalçatoxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.

Milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi ,əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə  xalçalar toxunmuş və satışı həyata keçirilmişdir. Xalçaçılıq emalatxanasında təcrübəli xalçaçılarla yanaşı, gənclər də işə cəlb olunmuşdur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Xalq Yaradıcılığı Emalatxanasının xalçaçılıq bölməsində kurs təşkil olunmuş və 7 müdavimə xalçaçılıq sənətinin sirləri öyrədilmişdir. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə müvafiq sertifikatlar təqdim olunmuşdur.

Bu cür tədbirlərin təşkili xalçaçılıq sənətinin inkişafı, gələcək nəsillərə ötürülməsi, gənclərdə bu sənətə marağın artırılması, Naxçıvan çeşnilərinin və ornamentlərinin qorunmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, əhalinin, xüsusilə də qadınların məşğullunun təmin olunmasına böyük tövhə verir.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …