Cümə , Sentyabr 18 2020
Home / Cəmiyyət / Xaricilər Azərbaycanda 111 cinayət törədiblər

Xaricilər Azərbaycanda 111 cinayət törədiblər

Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib.

Dövlət Statistika Komitəsindən Mediaktiv.az-a verilən məlumata görə, cinayətlərin 31,5 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib.

Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Əhalinin hər 100 min nəfərinə düşən cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2 faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Həmçinin oxuyun

Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 22 km qərbdə Naxçıvan MR-in …