Cümə , İyul 3 2020
Home / Cəmiyyət / Yaxın günlərdə tələbələrin təhsil haqqının ödənilməsi üçün alt sistem istifadəyə veriləcək

Yaxın günlərdə tələbələrin təhsil haqqının ödənilməsi üçün alt sistem istifadəyə veriləcək

Yaxın günlərdə sosial baxımdan həssas təbəqəyə aid olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məqsədilə mərkəzləşdirilmiş alt sistem istifadəyə veriləcək.

MediAktiv.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov “Pandemiyanın təhsil sahəsinə təsirləri” adlı onlayn konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tələbə birbaşa olaraq həmin sistemə müraciət edə biləcək:

“Alt sistem digər müvafiq dövlət orqanlarının sistemlərinə inteqrasiya edildiyindən, real rejimdə tələbənin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara uyğun olub-olmadığını yoxlaya biləcək”.

Müşavir bildirib ki, hazırda ali təhsil sistemində xüsusi həssas təbəqəyə aid olan 17 min tələbə dövlət hesabına təhsil alır.

Artıq iki tələbədən birinin dövlət hesabına təhsil aldığını vurğulayan E.Məmmədov deyib ki, 2020-ci il ərzində sosial baxımdan həssas təbəqəyə aid olan təxminən 20-22 min nəfər tələbənin təhsil haqqının ödənilməsi üçün qərar verilib. Bunun üçün 40 milyon maliyyə vəsaiti ayrılıb.

Həmçinin oxuyun

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan …