Şənbə , İyul 4 2020
Home / Cəmiyyət / Yeni sort göbələk yetişdirilir

Yeni sort göbələk yetişdirilir

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin və mineral maddələrlə zəngindir.

MediAktiv.az xəbər verir ki, məhz buna görə də dünyada yeməli göbələk növlərinin istehsalı ilə məşğul olan çoxlu müəssisələr fəaliyyət göstərir. Belə müəssisələrdən biri də rayonu – muzda yerləşən və sahibkar Cəfər Əhmədova məxsus olan “Təbiət” göbələk istehsalı müəssisəsidir. Burada yeməli göbələk növlərindən şampinyon və yeni sort olan asılqan göbələyi yetişdirilir. Müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Bu göbələklərin üstünlüyü ondadır ki, onların istehsalı zamanı heç bir kimyəvi preparatdan istifadə olunmur. 400 qramlıq taralarda qablaşdırılan məhsullar, əsasən, daxili bazarda satılır. Gələcəkdə isə müəssisənin genişləndirilməsi və becərilən məhsulun ixracı da nəzərdə tutulub.

Həmçinin oxuyun

“Türkiyenin Sesi” Radiosu və Azərbaycan Radiosu birgə yayımlara başlayır

Azərbaycanın və Türkiyənin dövlət radioları yeni layihəyə başlayırlar. MediAktiv.az-ın məlumatına görə, “Türkiyenin Sesi” Radiosu və …