Bazar , Sentyabr 26 2021
Home / Kateqoriyasız (page 4)

Kateqoriyasız

Silahlı Qüvvələrin 3 601 hərbi qulluqçusu “Vətən uğrunda” ordeninə layiq görülüb

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb. MEDİAKTİV.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı …

Daha ətraflı »

Koronavirusa qarşı vaksinasiya pulsuz olacaq – Nazirlik

Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz olacaq. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək.

Daha ətraflı »

Pakistan Azərbaycana humanitar yardım göndərib-FOTO

Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib. Bu ölkənin Azərbaycandakı səfirliyindən MEDAKTİV.AZ-a verilən məlumata görə, yardım işğaldan azad edilən ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub. Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin …

Daha ətraflı »

Naxçıvanda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstəriləcək

Naxçıvanda şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. MEDIAKTIV.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yaradılan komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə …

Daha ətraflı »

Nikol Paşinyanın avtomobili yumurta atəşinə tutulub

Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı hökumət evinin yerləşdiyi əraziyə daxil olarkən etirazçıların kəskin reaksiyası ilə qarşılaşıb. MEDIAKTIV.AZ “Aysor”a istinadən xəbər verir ki, etirazçılar N.Paşinyanın avtomobilini yumurta atəşinə tutub. Məlumata görə, korteji yumurta atəşinə tutan gənclər olub. Onlar baş nazirin istefasını tələb edirlər.

Daha ətraflı »

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. MEDIAKTIV.AZ xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Daha ətraflı »

Azərbaycan Ordusunun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə hazırlanıb

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb. MEDIAKTIV.AZ xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib. Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş …

Daha ətraflı »

Rusiyada 7.6 ball gücündə zəlzələ baş verib

Rusiyada Baykal gölündə 5.5 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar İrkutsk şəhərində hiss olunub. MEDIAKTIV.AZ -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Bu gecə saat 05:45-də (01:45 GMT+4) İrkutsk vilayətində seysmik hadisə qeydə alınıb. Zəlzələnin …

Daha ətraflı »

Türkiyə Rusiya istehsalı olan koronavirus peyvəndini almaqdan imtina edib

Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanmış Rusiya istehsalı olan peyvəndi almaqdan imtina edib. MEDİAKTİV.AZ– ın xəbərinə görə, bu barədə “Habertürk” Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya istinadən məlumat yayıb. Nazir bildirib ki, Rusiya istehsalı olan peyvənd adenovirusludur: “Problem peyvəndin GLP tələblərinə cavab verməməsindən qaynaqlanıb. Bu səbəblə ÜST və dünya ölkələri bu peyvəndi ala bilməz”. …

Daha ətraflı »

Tibb işçilərinə oktyabr ayı üzrə 13.5 milyon manat müddətli əlavə ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib. MEDİAKTİV.AZ xəbər verir ki, Agentlikdən verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə …

Daha ətraflı »