Şənbə , İyun 6 2020
Home / Cəmiyyət (page 11)

Cəmiyyət

Məktəblilərin yay tətili ləğv olunacaqmı? – RƏSMİ AÇIQLAMA

“Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur”. MediAktiv.az  xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.  Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz: “İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız …

Daha ətraflı »

“Google” “Meet” videozəng xidmətini hər kəs üçün açıq edir

“Google” şirkəti “Meet” videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir. MediAktiv.az-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. İndiyədək xidmət “GSuite” və “GSuite for Education” biznes hesablarının sahibləri üçün əlçatan idi. May ayından başlayaraq “Google” hesabı olan hər bir istifadəçi “Google Meet” xidmətindən istifadə edə biləcək. Videozəng …

Daha ətraflı »

Qədim Naxçıvanda “PÜSKÜRƏN DƏRƏ”-Zülfiyyə İsmayıl yazır…

Qədim Naxçıvan torpağı Azərbaycan elm və  mədəniyyətinə nadir simalar bəxş etmişdir. Belə tanınmış şəxsiyyətlərdən biri də görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, maarifçi, ictimai xadim, redaktor, rəssam Nağı Nağıyevdir.  O, 70 illik şüurlu ömrünün 40 ilini bədii yaradıcılığa həsr etmişdir. Yazıçı  Azərbaycan ədəbiyyatına və mədəniyyətinə  bir neçə  səhnə əsəri, bir çox …

Daha ətraflı »

Azərbaycanda koronavirusun bitəcəyi yeni tarix açıqlandı

Sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar.  MediAktiv.az  xəbər verir ki, bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alıb. Alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Bildirilib ki, pandemiya mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək. …

Daha ətraflı »

Azərbaycanda ilk dəfə kütləvi şəkildə klonlaşdırılmış bitkilər əkilib

Azərbaycanda lk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb. MediAktiv.az xəbər verir ki,bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.  Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanovun sözlərinə görə, çəyirdəkli meyvə bitkilərinin 4 calaqaltıları in-vitro üsulu ilə çoxladılıb və bütün mərhələləri …

Daha ətraflı »

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb. MediAktiv.az  xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir: “Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz …

Daha ətraflı »

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb-Operativ Qərargah

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. MediAktiv.az xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1221 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat …

Daha ətraflı »

Yaxın günlərdə tələbələrin təhsil haqqının ödənilməsi üçün alt sistem istifadəyə veriləcək

Yaxın günlərdə sosial baxımdan həssas təbəqəyə aid olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məqsədilə mərkəzləşdirilmiş alt sistem istifadəyə veriləcək. MediAktiv.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov “Pandemiyanın təhsil sahəsinə təsirləri” adlı onlayn konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, tələbə birbaşa olaraq həmin sistemə müraciət edə biləcək: …

Daha ətraflı »

Şahtaxtı kənd tam orta məktəbində oftalmoloq Zərifə xanım Əliyevanın doğum günü qeyd edilib-FOTO

Aprelin 28-də Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, İlk öncə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə …

Daha ətraflı »

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddəti uzadılır

Azərbaycan Respublikasında 01 -31 may tarixlərində olma müddəti bitən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq. MediAktiv.az  xəbər verir ki,bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib. Qeyd edilib ki, DMX tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir …

Daha ətraflı »