Cümə , Aprel 3 2020
Home / Cəmiyyət (page 40)

Cəmiyyət

Xroniki yorğunluğu yox edən QİDALAR və VASİTƏLƏR

Özünüzü davamlı olaraq yorğun hiss edir, başınızı qoymağa bir yer axtarırsınızsa xroniki yorğunluq sindromundan əziyyət çəkirsiniz. Qış mövsümündə bahar yorğunluğu kimi tanınan bu kefsiz haldan siz də xilas ola bilmirsinzisə, deməli, qidalanmada ciddi səhvlərə yol verirsiniz. Mütəxəssislər bu yorğunluq vəziyyətinin qeyri-kafi qidalanmadan və ya səhv tətbiq olunan pəhrizlərdən qaynaqlandığını bildirir. …

Daha ətraflı »

Bakıda 46 yaşlı kişinin hamamda meyiti tapıldı

Bakı sakini hamamda ölü tapılıb. MediAktiv.Az-ın məlumatına görə, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yunis oğlu Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki yaşadığı evin hamam otağında ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, N.Məmmədovun hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır.

Daha ətraflı »

İrandan Azərbaycana şirniyyatların içində 800 qram heroin keçirmək istədilər – FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub.  MediAktiv.Az xəbər verir ki,Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan …

Daha ətraflı »

Gəncədə üçotaqlı ev yandı

Gəncədən yaşayış evində yanğın olub.  MediAktiv.Az xəbər verir ki,FHN-dən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 121 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.   Evin qalan hissəsi yanğından mühafizə olunub.   Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı »

Ramiz Mehdiyevə AĞIR İTKİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə ağır itki üz verib. MediAktiv.Az xəbər verir ki, AMEA prezidentinin bacısı oğlu Vaqif Nəsirov dünyasını dəyişib. Mərhumun yas mərasimi Heydər Məscidində keçirilir. Allah rəhmət eləsin!

Daha ətraflı »

Çaytikanı yağının saymaqla bitməyən FAYDALARI

Çaytikanı bitkisi (oblepixo) öz zəngin tərkibi və faydalı xüsusiyyətləri ilə xalq təbabəti ilə yanaşı elmi təbabətdə də geniş istifadə olunur. Unikal xassələrə malik olduğundan bu bitkiyə “dərman bitkilərinin şahzadəsi” də deyilir. Medi.Aktiv.Az xəbər verir ki, bu bitkidən hazırlanmış yağ bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Beləliklə çaytikanı yağının faydalarını təqdim …

Daha ətraflı »

2023-cü ilədək smart tipli elektrik sayğaclara tam keçid təmin olunacaq

Azərbaycanda smart tipli elektrik sayğaclara tam keçid 2023-cü ilədək təmin olunacaq. MediAktiv.Az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib E.Rüstəmli bildirib ki, hazırda “Azərişıq” tərəfindən yeni qoşulmaların təqribən 90%-i sırf smart sayğaclardır və yeni massivlərdə quraşdırılan sayğacların əksəriyyəti məhz bu …

Daha ətraflı »

Dəm qazı təhlükəsi ilə əlaqədar FHN əhaliyə müraciət edib (VİDEO)

Qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. MediAktiv.Az məlumatına görə, bu barədə dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində deyilir. Bildirilir ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda …

Daha ətraflı »

Tovuzda yolu keçmək istəyən gənci avtomobil vurub

Tovuzda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. MediAktiv.Az xəbər verir ki,Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.  Yolu qarşı tərəfə keçmək istəyən gənc oğlanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı »

Səbaildə yaşayış binasında yanğın olub

Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. MediAktiv.Az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları 2 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından …

Daha ətraflı »