Şənbə , May 8 2021
Home / Dağlıq Qarabağ Münaqişəsi (page 10)

Dağlıq Qarabağ Münaqişəsi

Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilməsi üçün götürülüb

Bu gün saat 08:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 09:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisinə atılan mərminin evin həyətinə düşməsi və partlamaması barədə məlumatlar daxil olub. ANAMA-dan MediAktiv.az-a …

Daha ətraflı »

Ermənistan vətəndaşı Naxçıvana keçib-VİDEO

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. MediAktiv.az xəbər verir ki, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.  Sardaryanın etiraflarını təqdim …

Daha ətraflı »

Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaq da davam edir. MediAktiv.az-ın məlumatına görə, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçilər də şahidi olub. Məlumata görə, …

Daha ətraflı »

MN: Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib

Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Bu barədə MediAktiv.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Belə ki, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat …

Daha ətraflı »

Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir. Bu barədə MediAktiv.az-a Dövlət Xidmətindən məlumat verilib.  “Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli …

Daha ətraflı »

Azərbaycan Ordusunun yaralanmış hərbçilərinin durumu açıqlandı

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir. MediAktiv.az xəbər verir ki, “Real” televiziyası yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb.  Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin …

Daha ətraflı »

Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub. MediAktiv.az-ın məlumatına görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilib ki, Azərbaycanın …

Daha ətraflı »

Deputat cəbhədəki vəziyyətdən danışdı

“Biz kəndlərimizdən bir addım belə kənara gedə bilmərik”. MediAktiv.az xəbər verir ki, bunu hazırda Tovuzda olan deputat Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Deputat insanarı dezinformasiyalara inanmamağa çağırıb: ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Məlumat yayırlar ki, Tovuzda sakinlər evlərini tərk edirlər. Bunlar yalandır, kimsə heç yeri tərk etməyib. Xalqımız ordumuza, dövlətimizə inanır. Bu gün hamımızın …

Daha ətraflı »

Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb

“Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”. MediAktiv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub: “Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və …

Daha ətraflı »