Çərşənbə , May 5 2021
Home / Dağlıq Qarabağ Münaqişəsi (page 5)

Dağlıq Qarabağ Münaqişəsi

BMT: “Azərbaycanla Ermənistan arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”

“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”. MediAktiv.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. “Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. …

Daha ətraflı »

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında “Can Azərbaycana canımız fəda” şüarı ilə aksiya keçirilib.  MediAktiv.az xəbər verir ki, aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər. Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndirilib.  Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin …

Daha ətraflı »

Qoşulmama Hərəkatının 120 ölkəsi erməni təxribatını pislədi

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul edib. Xarici İşlər Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, kommünikedə Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu …

Daha ətraflı »

Erməni təxribatı ilə bağlı məlumatlar Meksika radiosunda

Meksikanın nüfuzlu “ABC” radiosuna müsahibəsində Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən başlayaraq ordumuzun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil artilleriya hücumları təşkil edərək, növbəti dəfə atəşkəs rejimini pozduğunu, bu zaman on bir nəfər azərbaycanlı hərbi qulluqçu və bir nəfər dinc sakinin həlak olduğunu, …

Daha ətraflı »

Azərbaycanda 23 500-dən çox vətəndaş orduda könüllü xidmət üçün müraciət edib

Könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətləri davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən MediAktiv.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 23 500-dən çox vətəndaş bu günədək Səfərbərlik və …

Daha ətraflı »

Müdafiə Nazirliyi: “Yaralıların xeyli hissəsinin müalicəsi yekunlaşıb”

“Hadisələr vaxtı yaralılarımız da olub”. MediAktiv.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, yaralılar hərbi tibb müəssisələrində müalicə alırlar: “Onların əksəriyyətinin qısa müddətdə müalicəsi yekunlaşıb və sıralarımıza qayıdanlar da var. Digərlərinin isə müalicəsi həkim nəzarəti altında davam etdirilir”.

Daha ətraflı »

Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini açıqlayıb

“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”. MediAktiv.az xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Tovuz istiqaməti …

Daha ətraflı »

MN: Azərbaycan Ordusu dağıdıcı gücə malik silahların yalnız cüzi hissəsini istifadə edib

“Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb”. Bu fikirləri MediAktiv.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, …

Daha ətraflı »

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi Ermənistanın təxribatını pisləyib

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb. TÜİB-dən MediAktiv.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain hücumu bütün TÜİB ailəsini dərindən hiddətləndirib. Təkcə …

Daha ətraflı »

Gənclər və İdman Nazirliyindən ordumuza dəstək-VİDEO

Azərbaycan Gənclər və İdman Nazirliyi Milli Orduya dəstək məqsədilə videoçarx hazırlayıb. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, videoçarxda son bir neçə gündə Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə düşmənin bəzi hərbi obyektlərinin ordumuz tərəfindən məhv edilməsinin görüntüləri də yer alıb. Həmin videonu təqdim edirik:

Daha ətraflı »