Bazar ertəsi , Oktyabr 18 2021
Home / Digər / Yurddan (page 5)

Yurddan

Avtomobillərdə pərdə mövsümü başlayır

Artıq sabahdan avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq. Mediaktiv.az Xezerxeber-ə istinadən xəbər verir ki, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər. Artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir. Satıcıların sözlərinə görə,ötən illə müqayisədə …

Daha ətraflı »

ATV-nin yayımı müvəqqəti dayandırıldı

 Bu gün səhər saatlarından etibarən “Azad Azərbaycan” Telekanalının yayımı dayandırılıb.  Aldığımız məlumata görə Teleqüllədə bu gün ATV telekanalının profilaktika günüdür. İl ərzində keçirilən profilaktika tədbirləri kanalın daha keyfiyyətli fəaliyyət göstərməsini təmin edir.  Qeyd edək ki, bugün saat 12:00-dan etibarən kanal yenidən yayımlanmağa başlayacaq.

Daha ətraflı »

Kürdəmirdə pambıq tarlasında faciə

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Mediaktiv.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb. İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq …

Daha ətraflı »

Rövşən Lənkəranski haqda film çəkiləcək

Tanınmış aktyor və rejissor, “Dolu” filmindəki “Drakon” obrazı ilə yaddaşlarda iz qoymuş Rza Rzayev Moderator.az-a müsahibəsində Rövşən Lənkəranski haqda çəkməyə hazırlaşdığı film barədə danışıb. Oxu.Az-ın məlumatına görə, rejissor bildirib ki, filmin əsas məqsədi Rövşənin timsalında bir Azərbaycan kimliyini tanıtmaqdır. “Əgər biz filmdə Azərbaycanın hər hansı bir Milli Qəhrəmanının təsvir ediriksə …

Daha ətraflı »

“Bakı Marafonu – 2017”nin qalibləri müəyyənləşdi – YENİLƏNİB + FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nın kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub. Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, …

Daha ətraflı »

Piyada zolağı ilə bağlı mühüm dəyişiklik

Sürücü piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib. Belə ki, daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər. Baş Dövlət …

Daha ətraflı »

Yay gələnə oxşamır – Sabah şimşək çaxacaq, yağış yağacaq

 Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° …

Daha ətraflı »

Avtomobil kişinin üstündən keçdi, ayaqları…

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Mediaktiv.az report-a istinadən xəbər xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin …

Daha ətraflı »

Azərbaycanda polis özünü zəhərləyib uşağı xilas etdi

  Bakıda bir neçə gün öncə 50 nəfərdən çox insanı, o cümlədən 8 uşağı xilas edən polislərdən biri danışıb.   Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binanın qarşısından keçəndə, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları …

Daha ətraflı »

Binəqədidə 11 ev yanaraq kül oldu – VİDEO

Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Mediaktiv.az  Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə zamanı iç-içə tikilmiş 11 ev əşyaları ilə birlikdə yanaraq kül olub. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını çətinliklə alıblar. Qeyd olunur ki, yanğının baş verdiyi ərazidə evlər qanunsuz tikilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin ekspertiza qrupu …

Daha ətraflı »